UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək

11:16 - 11 Aprel 2024

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

 

Manset.az report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ı 1/8 finalda mübarizədən kənarlaşdıran "Bayer 04" klubu Leverkuzendə "Vest Hem"i sınağa çəkəcək.

İtaliyada yerli “Milan” ilə “Roma” münasibətləri aydınlaşdıracaqlar. “Liverpul” doğma meydanda “Atalanta”nı sınağa çəkəcəksə, "Marsel" Portuqaliyada "Benfika”nın qonağı olacaq.

UEFA Avropa Liqası

1/4 final, ilk oyunlar

11 aprel

23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)

23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə)

23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də baş tutacaq.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin