Bakıda zavod ərazisində yanğın oldu - VİDEO

17:58 - 12 Aprel 2024

Bakıda zavod ərazisində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb. 

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin