Kişi onunla qısa müddət sevgili olan 50 qadını məhkəməyə verdi

11:02 - 15 Aprel 2024

Kişi onunla qısa müddət sevgili olan 50 qadını məhkəməyə verdi

ABŞ-ın Kaliforniya ştatında yaşayan 49 yaşlı Stevart Lukas Murrey adlı kişi münasibətləri alınmadığı üçün təşkilatlanaraq onun haqqında pis fikirlər səsləndirən 50 qadını məhkəməyə verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yale Universitetində fəlsəfə doktoru olan Murrey 2018-ci ildə sevgilisini xərçəng xəstəliyindən itirdikdən sonra onlayn tanışlıq proqramlarına müraciət edib.

Beləki, Murreyin qısa müddət ərizində tezliklə çoxlu talibləri çıxıb. Lakin onların münasibətləri nəticə verməyib.

Murrey ilə flört edən qadınların bəziləri Facebook-da “Biz eyni adamla sevgiliyik?” adlı qrupda təcrübələrini paylaşdıqları zaman bir-birlərindən xəbər tutublar.

 

Bu qrup eyni şəhərdə yaşayan qadınlar üçün mənfi tanışlıq təcrübələrini bölüşmək üçün yaradılıb.

Murreyin adı çəkilənə qədər 10 min üzvü olan qrupun üzvlərinin sayı 53 mini keçib.

Bu vəziyyətdən xəbərdar olan Murrey məhkəməyə müraciət edib.

Murrey həmin 50 qadını onun etibarını zədələdiklərini və cinsi ayrı-seçkilik etdiyini əsas gətirərək məhkəməyə verib.

O, qadınlardan bəziləri ilə heç vaxt görüşmədiyini və tanış olmadığını iddia edib.

Murrey 2,6 milyon dollar təzminat tələb edib. Həmçinin, məhkəmə işinin xərclərini ödəmək üçün 60 min dollar yardım istədiyi ianə fondu açıb.

Lakin ötən həftə keçirilən iclasda hakim məhkəməyə verilən qadınlardan birinə qarşı irəli sürülən ittihamları rədd edib.

Eyni qərar digər qadınlar üçün də gözlənilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin