Yoqa və sağlamlıq mərkəzində dəhşətli hadisə: 1 ölü, 2 yaralı

17:07 - 16 Aprel 2024

Yoqa və sağlamlıq mərkəzində dəhşətli hadisə: 1 ölü, 2 yaralı

Avstraliyanın Viktoriya ştatının Klunes şəhərindəki Soul Barn adlı sağlamlıq və yoqa mərkəzində dəhşətli hadisə baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, insanların pul ödəyərək getdiyi səhiyyə ocağında göbələkdən zəhərlənərək bir qadın ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Baş verən hadisədə 53 yaşlı qadın içkini içdikdən qısa müddət sonra pisləşib.

İnfarkt keçirən və nəfəs ala bilməyən qadın qısa müddət sonra dünyasını dəyişib.

Sağlamlıq mərkəzində olan digər iki nəfərin də halı pisləşərək xəstəxanaya çatdırılıb. Səlahiyyətlilər təqdim edilən göbələklərdən zəhərlənmə hallarının olduğunu bildirib.

Mərkəz müvəqqəti olaraq bağlanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin