İsrail Qəzzada ən azı 16 fələstinli məhbusu öldürüb - Fələstinli Əsirlər Komitəsi

17:22 - 16 Aprel 2024

İsrail Qəzzada ən azı 16 fələstinli məhbusu öldürüb - Fələstinli Əsirlər Komitəsi

Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Fələstinli Əsirlər Nümayəndə heyətinin rəhbəri Kaddura Faris “17 Aprel Fələstin Məhbusları Günü” münasibəti ilə hökumətin Ramallahdakı Əsirlərin İşləri Müəssisəsində mətbuat konfransı keçirib.

Bu barədə Manset.az Trt Haber-ə istinadən xəbər verir. 

İsrailin Qəzzada nəzarətə alınan fələstinlilərə qarşı qanun pozuntularına toxunan Faris, "İsrail 7 oktyabr 2023-cü ildən Qəzzada 16 şəxsiyyəti müəyyən edilmiş, onlarla şəxsiyyəti məlum olmayan əsiri öldürüb" deyib.

Fələstinli Əsirlər İdarəsi tərəfindən daha əvvəl edilən yazılı açıqlamada, 7 oktyabrdan sonra İsrail həbs mərkəzləri və həbsxanalarının "tam bir qəssabxanaya çevrildiyi" və hər cür işgəncə və döymələrin tətbiq edildiyi bildirilib.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb. Oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayının 7630-a yüksəldiyi qeyd edilir.

Jalə

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin