Sürücü sükan arxasında infarkt keçirdi

21:15 - 16 Aprel 2024

Sürücü sükan arxasında infarkt keçirdi

Qazax rayonunda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

 

Manset.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Rayon sakini Yaşar Əhmədov "VAZ" markalı avtomobilin sükanı arxasında olan zaman infarkt keçirərək dünyasını dəyişib. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin