Qapıçılarla bağlı qaydalar dəyişir

21:54 - 17 Aprel 2024

Qapıçılarla bağlı qaydalar dəyişir

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçılar üçün topa sahiblik müddəti ilə bağlı yeni protokol hazırlayıb.

 

Manset.az  xəbər verir ki, hazırda qolkiperilərin topu 6 saniyədən çox olmayan müddətdə əllərində saxlamaq imkanı var. Bu qayda pozuntusunun cəzası həmin mövqedən cərimə zərbəsidir. Lakin hakimlər bu qaydanı tətbiq etmirlər. Çünki belə məsafədən cərimə zərbəsi çox üstünlük təşkil edir.

Buna görə də hakimlərdən topa sahibliyi dəyişdirməyin iki fərqli üsulunu sınamaq tələb olunacaq. Qapıçılara topu maksimum 8 saniyə saxlamağa icazə veriləcək. Limit keçilərsə, hakim künc zərbəsi və ya topu mübahisəli atışla oyuna daxil etmə təyin edəcək.

Yeni qaydalar 2024/2025 mövsümündə sınaqdan keçiriləcək. Uğurlu olarsa,2026/2027 mövsümündən etibarən bu tələb bütün turnirlərə şamil olunacaq.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin