"787 Dreamliner təyyarələrinin uçuşları dayandırılmalıdır" - Boeing əməkdaşı Salehpur

15:11 - 18 Aprel 2024

ABŞ-ın Boeing aviasiya şirkətinin əməkdaşı Sam Salehpur araşdırma başlatdığı 787 Dreamliner tipli təyyarə ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Salehpur şirkətin 787 Dreamliner tipli təyyarələrinin uçuşları dünya üzrə dayandırılmalıdır deyib.

Salehpur NBC-yə müsahibəsində "Hesab edirəm ki, bütün dünya donanmasının hazırda diqqətə ehtiyacı var” deyib.

Salehpour təyyarələrdə potensial vaxtından əvvəl nasazlığın qarşısını almaq üçün zəif nöqtələrin yoxlanılmasının vacib olduğunu vurğulayıb.

Sem Salehpurun məsələ ilə bağlı Senatın panelində çıxış etməsi planlaşdırılır.

Əfsanə Rəcəb

Manşet.az  


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin