Neftimizin qiyməti 88 dollara düşdü

09:47 - 19 Aprel 2024

Neftimizin qiyməti 88 dollara düşdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,3% və ya 3,02 ABŞ dolları azalaraq 88,51 dollar təşkil edib.

Xatırladaq ki, ötən gün “Azeri Light” 91,53 dollara ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin