Qızları məşhurlara atalıq iddiası qaldıran ananın aktrisa olduğu üzə çıxdı - FOTO\VİDEO

15:00 - 19 Aprel 2024

Qızları məşhurlara atalıq iddiası qaldıran ananın aktrisa olduğu üzə çıxdı - FOTO\VİDEO

Türkiyədə məşhurlara qarşı atalıq iddiası qaldıraraq məhkəməyə verən qızların anası Suphiye Orancın illər əvvəl aktrisa olduğu üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyada məskunlaşaraq özünə yeni həyat quran Suphiye Orancı İbrahim Tatlısəsin baş rol olduğu "Yalan" (1982), "Yorgun" (1983), "Sarhoş" (1986) və "Aşıksın" (1988) filmlərində əlavə rol alıb.

Orancı "Aşıksın" filmində idman salonuna gedən və Tatlısəsə aşiq olan qadını, "Sarhoş"da isə tibb bacısını canlandırıb.

Qeyd edək ki, Suphiye Orancın qızı Duyğu Nebioğlu daha əvvəl Metin Akpınara qarşı atalıq iddiası qaldırıb və qalib gəlib. Duyqu Nebioğlunun əkizi Sevgi Nebioğlunun məhkəmə işi hələ də davam edir. Göksel Özdoğdu ilə 63 il evli olan Metin Akpınar qızlarının üzə çıxmasından sonra açıqlama verərək, övladlarını qəbul etdiyini bildirib. Akpınar, "Bir gecəlik münasibət idi. Həyat yoldaşımdan üzr istəyirəm. Həyat geriyə doğru axmır" deyib.

Duyğu Nebioğlunun böyük bacısı Dilarə Gülatan da atası olduğunu düşündüyü jurnalist Uğur Dündarı məhkəməyə verib.

İşin 2 il əvvəl açıldığını deyən Uğur Dündar DNT testi ilə gənc qadının atası olmadığını sübut etdiyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin