Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO

12:15 - 23 Aprel 2024

Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb:

"Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum".


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin