Gəncədə torpaq sürüşməsi baş verdi - VİDEO

19:47 - 22 May 2024

Gəncədə torpaq sürüşməsi baş verdi - VİDEO

Gəncədə, çayın kənarında yerləşən yolda təhlükəli vəziyyət yaranıb.

 

Manset.az  oxu.az-a istinadən xəbər verir ki, Gəncə sakinləri bununla bağlı şikayətlərini sosial şəbəkədə paylaşıblar.

Qeyd olunur ki, 3 saylı xəstəxananın yaxınlığındakı avtomobil yolunun asfalt örtüyündə çatlar və qırılmalar əmələ gəlib. 

Sakinlərin sözlərinə görə, bu, ətrafdakı evlər üçün də təhlükə yaradır. Onlar torpaq sürüşməsinin baş verməsindən narahat olduqlarını bildiriblər. 

Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, heç bir tədbir görülmür. Onlar təhlükənin qarşısının alınmasını və çayın kənarında sahilbərkitmə işlərinin həyata keçirilməsini istəyirlər.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin