22 yaşlı oğlanı vurub öldürən sürücü həbs olundu

14:59 - 24 May 2024

22 yaşlı oğlanı vurub öldürən sürücü həbs olundu

Bu ilin 6 yanvar tarixində saat 19 radələrində Balakəndə ağır yol qəzası törətmiş 1993-cü il təvəllüdlü Ülvi İsmayılovun məhkəməsi başa çatıb.

 

Manset.az xəbər verir ki, Ülvi İsmayılov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Ü. İsmayılov Püştətala kəndində idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən 22 yaşlı Alqayev Abdulla Kənan oğlunu vurub. Piyada aldığı xəsarətlərdən həmin gün vəfat edib.

Ülvi İsmayılovun Zaqatala-Balakən istiqamətində sərnişindaşıma fəaliyyəti göstərdiyi məlum olub. Abdulla isə həmin vaxt evdən çıxaraq çayxanaya gedirmiş.

Məhkəmədə mərhumun atası sürücüdən şikayətçi olduğunu bildirib və ona ağır cəza tələb edib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Ü.İsmayılova 5 il 3 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan 31 yaşlı sürücü məhkəmə zalındaca həbs edilib. Onun cəza müddətindən sonra 2 il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin