Naxçıvanda ağır qəza - Ölən var

16:28 - 01 İyun 2024

Naxçıvanda ağır qəza - Ölən var

Naxçıvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

67-BG-464 dövlət nömrə nişanlı “Daimler Chrysler” markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Səfərov Hüseyn Yaqub oğlunu vurub.

Piyada Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını itirib.

Qəzanı törədən Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Amil Məcnun oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az