Ulduz futbolçuya oğurluq şoku

11:17 - 6 İyun 2024

Ulduz futbolçuya oğurluq şoku

İngiltərənin "Tottenhem" futbol klubunun ulduz futbolçularından olan İv Bissuma Fransada istirahəti zamanı qarət edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bissuma həftə sonu həyat yoldaşı ilə Kanndakı beşulduzlu Majestic Barriere otelində qalıb.

Bazar günü səhər saat 04:00 radələrində otelin yaxınlığında avtomobildən düşən futbolçuya iki kapüşonlu şəxs hücum edib.

Onlar onun üzünə gözyaşardıcı qaz vurub və biləyindən 332 min dollar dəyərində olan saatı götürüb qaçıblar.

Kannın ən dəbdəbəli küçəsi olan Promenade de la Croisette-də baş verən bu hadisədən sonra araşdırma başladılıb.

Bissouma və həyat yoldaşı bu hadisədən sonra tətillərini başa vuraraq eyni gün İngiltərəyə qayıdıblar. Qeyd edək ki, Bissouma sosial media hesabında saat və zərgərlik kolleksiyasını vurğulayan paylaşımları ilə tanınır.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin