Masazırda quru ot, kol-kos və təkər tullantıları yanır

19:53 - 24 İyun 2021

Masazırda quru ot, kol-kos və təkər tullantıları yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Manset.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin