"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Manset.az xəbər verir ki, Gəncə təmsilçisi Mərakeşəsilli ispaniyalı oyunçu Kərim Lkoça ilə 1+1 illik müqavilə imzalayıb.
24 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Lkoça son olaraq Andorra çempionatında "Santa Koloma" klubunda oynayıb.