"Qarabağ" - "Linkoln" matçının biletləri nə vaxtdan satışa çıxarılacaq? - Açıqlandı

23:30 - 18 İyul 2024

\"Qarabağ\" - \"Linkoln\" matçının biletləri nə vaxtdan satışa çıxarılacaq? - Açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

 

Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki "Europa Point Stadium"da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az