Sabiq nazir təcridxanada intihara cəhd etdi

10:32 - 22 İyul 2024

Sabiq nazir təcridxanada intihara cəhd etdi

Dağıstanın keçmiş idman naziri və Kızılyurtun keçmiş meri Maqomed Maqomedov korrupsiya ittihamı ilə saxlandığı “Matrosskaya Tişina” istintaq təcridxanasında intihara cəhd edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova öz Telegram kanalında məlumat verib.

Dağıstanın keçmiş idman naziri istintaq təcridxanasında intihara cəhd edib - Gazeta.Ru | Xəbərlər

“Maqomed Maqomedov “Matrosskaya Tişina”dan xəstəxanaya yerləşdirilib, ehtimal ki, intihar etmək istəyib”, - deyə hüquq müdafiəçisi yazıb.

Qeyd edək ki, Maqomed Maqomedov 2021-ci ilin mayında Kızılyurta rəhbərlik edib. O, bundan əvvəl Gergebil rayonunun rəhbəri vəzifəsində çalışıb. 2012-2021-ci illərdə Dağıstanın Bədən Tərbiyəsi və İdman Naziri olub. Nazir 2023-cü ilin oktyabrında həbs edilib.

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az