Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
9 Oktyabr 2024
10:20 - 20 Avqust 2024
Yaponiyanın "New Chitose" hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo şəhərindəki "New Chitose" hava limanında mağazadan qayçı yoxa çıxıb.
Terminaldakı mağazadan qayçı itdiyi üçün təhlükəsizlik yoxlamaları təxminən iki saat dayandırılıb və yüzlərlə sərnişin hava limanında qapalı qalıb.
Gediş salonundakı sərnişinlər yenidən təhlükəsizlik yoxlamalarından keçməli olublar, bu da böyük növbələr və sıxlıq yaradıb.
Səlahiyyətlilər itən qayçını ertəsi gün həmin mağazada tapıblar. Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: bəziləri hava limanını məsuliyyətli və təhlükəsiz olduğunu düşünsələr də, bəziləri bir qayçı üçün o qədər gözləməyi tənqid ediblər.
"New Chitose" Yaponiyanın ən işlək hava limanlarından biri kimi tanınır.
Qeyd edək ki, hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin