İsrail ABŞ-dən Beynəlxaq Cinayətlər Məhkəməsini cəzalandırmağı tələb etdi

12:57 - 29 Noyabr 2024

İsrail ABŞ-dən Beynəlxaq Cinayətlər Məhkəməsini cəzalandırmağı tələb etdi

İsrailin xarici işlər naziri Gideon Saar bildirb ki, ABŞ İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsini cəzalandırmalıdır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, bundan öncə də İsrailin Baş naziri Benjamin Netanyahu, Beynəlxalq Cinayət Məhkəməsinin özünə və digər İsrailli rəsmilərə qarşı həbs olunma əmri verməsinə sərt reaksiya vermişdi. Məhkəmə İsrailin Fələstinli uşaqları hədəf alaraq müharibə cinayətləri törətdiyini iddia etmişdi. Netanyahu bu qərarı "yəhudi düşmənçiliyi" (anti-semitizm) kimi qiymətləndirərək, İsrailin öz vətəndaşlarını müdafiə etməkdən geri çəkilməyəcəyini vurğulamışdı.

O, hər hansı bir xarici təzyiqə boyun əyməyəcəklərini bildirmişdi. Bu qərar beynəlxalq hüquq və İsrailin təhlükəsizlik siyasəti arasındakı gərginliyi daha da artırmış oldu.


Xəbər xətti

6 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin