“Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq

08:53 - 23 Avqust 2022

“Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.

 

Manset.az xəbər verir ki, oyun Plzendəki “Duşan Arena”da baş tutacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv