Şəmkirdə yük avtomobili elektrik dirəyinə çırpıldı: Xəsarət alanlar var

22:31 - 12 Oktyabr 2022

Şəmkirdə yük avtomobili elektrik dirəyinə çırpıldı: Xəsarət alanlar var

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hərəkətdə olan “Ford” markalı kiçiktutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1977-ci il təvəllüdlü V.Cəfərov və 1956-cı il təvəllüdlü Ə.Cəfərova xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin