ABŞ Ukraynaya yeni hərbi yardım göndərir

21:07 - 14 Oktyabr 2022

ABŞ Ukraynaya yeni hərbi yardım göndərir

ABŞ Ukraynaya yeni hərbi texnika və sursat göndərəcək.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, yardım paketində “Humvee” zirehli döyüş maşınları olacaq.

Qeyd edək ki, 725 milyon dollarlıq hərbi yardım paketində modern silah sistemləri və hərbi hava hücumundan müdafiə qurğuları olmayacaq. ABŞ Rusiya-Ukrayna müharibəsində indiyə kimi Kiyevə 16,8 milyard dollar dəyərində yardım edib. 

Xatırladaq ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatların başlandığını elan edib. Bundan sonra Qərb dövlətləri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynaya həcmi milyardlarla dollarla ölçülən silah yardımı edib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin