Astaranın 16 illik problemi Milli Məclisdə qaldırıldı - VİDEO

21:53 - 21 Oktyabr 2022

Astaranın 16 illik problemi Milli Məclisdə qaldırıldı - VİDEO

Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov Astaranın su və kanalizasiya problemindən danışıb.

 

Manset.az xəbər verir ki, Millət vəkili problemin 16 ildir davam etdiyini qeyd edib. 

“Astaranın dəniz səviyyəsindən aşağıda olması qrunt sularının üzə çıxaraq sanitar-epidemioloji vəziyyəti gərginləşdirməsinə səbəb olur”, - deyə o bildirib.

Xüsusən dəniz sahilində olan bölgələrdə suyun çirklənmə nisbətinin günü-gündən artdığını vurğulayan deputat hökumətə çağırış edərək, problemin aradan qaldırılmasına diqqət yetirilməsini xahiş edib.

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin