Azər Əliyev Azərbaycan pasportu aldı

23:15 - 21 Oktyabr 2022

Azər Əliyev Azərbaycan pasportu aldı

“Neftçi”nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib.

 

Manset.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bunadək komandamızın heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.

Qeyd edək ki, bu ilin yanvar ayında “Neftçi”yə transfer olunmuş Azər Əliyev ağ-qara formada 22 oyun keçirib, 1 qola imza atıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin