Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...

10:16 - 22 Oktyabr 2022

Laçında minaya düşən şəxslərdən biri öldü - Digərinin vəziyyəti isə...

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Manset.az-a  bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.

1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin