Rusiyalı nazirlər Putinlə görüş zamanı qaranlıqda qaldılar

22:46 - 3 Noyabr 2022

Rusiyalı nazirlər Putinlə görüş zamanı qaranlıqda qaldılar

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov və iqtisadi inkişaf naziri Maksim Reşetnikov gözlənilməz hadisə ilə üzləşiblər.

 

Manset.az xəbər verir ki, onlar ölkə prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüş zamanı qaranlıqda qalıblar.

Buna nazirlərin olduğu “Moskva Siti” biznes kompleksində elektrik enerjisinin kəsilməsi səbəb olub.

Qeyd edək ki, Manturov və Reşetnikovun rəhbərlik etdiyi hər iki nazirlik həmin kompleksdə yerləşir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin