Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışladı

00:08 - 4 Noyabr 2022

Prezidentin köməkçisi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Qarabağ" futbol komandasının oyununu alqışlayıb.

Manset.az xəbər verir ki, Şahmar Mövsümov bu barədə rəsmi tviter səhifəsində yazıb.

“Halal olsun "Qarabağ" Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”, - Ş.Mövsümov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"unu qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin