Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşdi

13:43 - 4 Noyabr 2022

Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşdi

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”a oun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F. Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin