Ərə verilən 14 yaşlı qızın anası: “Hamınız barədə ölçü götürəcəm” - YENİLƏNDİ

17:10 - 4 Noyabr 2022

Ərə verilən 14 yaşlı qızın anası: “Hamınız barədə ölçü götürəcəm” - YENİLƏNDİ

Göyçayda 14 yaşlı qızın ərə verildiyi və sabah toyu olacağı açıqlanıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bu barədə məlumat verib. Dediyinə görə Çərəkə kənd sakini olan azyaşlı Ağsu kənd sakininə nişanlanıb.

 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Çərəkə kənd ərazi nümayəndəsi Tehran Adıgözəlov məlumatı təsdiqləyib və ərazi üzrə hüquq mühafizə orqanlarını bu barədə məlumatlandırdığını qeyd edib. Onun sözlərinə görə, yeniyetmə əslində 10-cu sinifdə təhsil almalıdır, ailəsi isə qızı məktəbdən çıxarıb. Həmçinin qızın nişanlandığı oğlanın Bakıda yaşadığını deyib.

Ərə verildiyi deyilən qızın anası Günəş Əzizova isə məlumatı inkar edib. Qızı barəsində yayılan məlumatlardan qəzəblənən ana, məlumatı ilk yayan barədə polisə şikayət edəcəyini də bildirib:

“Mən qanunları çox gözəl bilirəm. Başımı itirməmişəm ki, 14 yaşında qızımı ərə verim. Üstəlik, qızımın 14 deyil, 15 yaşı var və 10-cu sinifdə oxuyur. Məktəbdən də çıxarmamışam, təhsilini davam etdirir. Nişanlamamışam. Qızımın adına söz çıxarmayın. Hamınız barədə ölçü götürəcəm. Kimsə yalan informasiya yaymasın”, - deyə əlavə edib.

***

Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızın valideynləri polis idarəsinə çağırılıblar.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, artıq valideynlərin izahatı alınır.

Qeyd edək ki, 14 yaşlı qız ötən tədris ilinin sonunda məktəbdən çıxarılıb.

Hazırda araşdırmalar davam etdirilir.

***

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir. 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. 

Onun sözlərinə görə, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:

“Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb:

“Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin