Gəlir vergisinin artırılması təklif olunur

17:02 - 4 Noyabr 2022

Gəlir vergisinin artırılması təklif olunur

Azərbaycanda gəlir vergisinin 2500 manatdan 5000 manata qədər artırılması təklif olunur.

 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

O xatırladıb ki, gəlir vergisi hazırda dövlət və neft sektorunda çalışanlara şamil edilib: “Qeyri-neft, qeyri-dövlət sektorunda böyük addım atılaraq sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər 8 min manatadək 0 gəlir vergisi ödənilir”. 

Nazir qeyd edib ki, ilkin hesablamalara görə, bu təklif qəbul edilərsə, bu dövlət büdcəsində 150 milyon manat itki ilə nəticələnəcək: “Təxminən söhbət 40 min nəfərdən gedir. Gərək bunu dəyərləndirək”.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin