Bakıda 75 manata olan dərmanın 2 qutusu Türkiyədə 15 manata, Tbilisidə isə bir qutusu 11 manatdır - Jurnalist məbləğləri müqayisə etdi (FOTO)

12:52 - 6 Dekabr 2022

Bakıda 75 manata olan dərmanın 2 qutusu Türkiyədə 15 manata, Tbilisidə isə bir qutusu 11 manatdır - Jurnalist məbləğləri müqayisə etdi (FOTO)

“Real” telekanalının əməkdaşı, jurnalist Mahir Məmmədli qonşu ölkələrlə müqayisədə Azərbaycanda dərmanların qiymətinin ən azı 5 dəfə baha olduğunu bildirib.

Manset.az-ın xəbərinə görə Mahir Məmmədli social şəbəkə hesabında müqayisə üçün həmsərhəd olan ölkələrlə Azərbaycanda olan dərmanların qiymətini müqayisə edib:

“Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satılır. Bakıda bir qutuya verəcəyimiz pulla təxminən 5 qutu dərman almaq mümkündür.  Eyni dərmanın bir qutusunu Tiflisdən 11 manata almışdım bu yaxınlarda”.
 



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin