“Nəinki maddi hətta mənəvi dəstək belə göstərən olmadı” - Məşhur sənətçinin qızı

14:43 - 30 Aprel 2024

“Nəinki maddi hətta mənəvi dəstək belə göstərən olmadı” - Məşhur sənətçinin qızı

Xəbər verdiyimiz kimi, vəziyyəti pisləşən əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov hələ də reanimasiyadadır.

 

Manset.az-a müraciətində əməkdar artistin qızı Əminə Sadıqova bildirib ki, atasının xəstəliyi ilə bağlı mediaya müraciət etsə də, “Nəinki maddi hətta mənəvi dəstək belə göstərən olmadı”.

“Atam tam 2 həftədir ki, reanimasiyadadır. Bu gün halı yenə də pisləşmişdi. İmkanımız olmadığı üçün hazırda dövlət xəstəxanasında sığorta ilə müalicə olunur. Ağciyər pnevmasiyası qeydə alınıb. Ciyərindən su təmizlənib. Amma yenə də vəziyyəti ağırdır. Sadəcə bizə pis təsir edən o oldu ki, heç kəs atamın vəziyyəti ilə maraqlanmadı. Bəlkə də bir az dəstək olsa, atamda da ruh yüksəkliyi yaranardı. Sevinərdi ki, onu da yada salırlar. Çünki o həyatını sənətə bağlayan bir adamdır. Bəlkə də ona bir az diqqət olsa o mənən yüngülləşər”.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin