Məşhur “Sezercik” həbs oluna bilər

21:23 - 6 Yanvar 2023

Məşhur “Sezercik” həbs oluna bilər

Daha əvvəl “narkotik və silah qaçaqmalçılığı” və “hədələmə” ittihamları ilə təqsirləndirilən Yeşilçamın məşhur “Sezercik” ləqəbli aktyoru Sezer İnanoğlu “fırıldaqçılıq” ittihamı ilə 5 il 9 ay həbs cəzasına məhkum edilib. 


Manşet.az-ın "Sabah"-a istinadən məlumatına görə, İnanoğlu və anası bir neçə il əvvəl R.C. adlı şəxslə evi satmaq üçün razılaşdığı iddia edilib. Evin sənədinin bütün ödənişlərini etdiyini zənn edən R.Ç.-yə əlavə 20 min lirəlik əskinas göndərilib. Zərərçəkmiş qadın üzləşdiyi problemdən sonra prokurorluğa müraciət edib, aktdakı imzanın R.Ç-yə aid olmadığı müəyyən edilib.

Bunun üzərinə Sezər İnanoğlu və anasına qarşı “xüsusi fırıldaqçılıq” və “rəsmi sənədləri saxtalaşdırma” ittihamları ilə iddia qaldırılaraq, 5 il 9 ay həbs cəzası istəyib. Daha əvvəl cinayətdə iştirakının olmadığı məlum olan ana İnanoğlu azadlığa buraxılarkən, bir çox cinayəti olan oğlu Sezer İnanoğlu həbs cəzasına məhkum edilib.
Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ olan Sezer İnanoğlu tələbi qəbul olunmasa həbsxanaya düşəcək.

Davud


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin