Manset.az problemdən yazdı - Deputat direktor işdən çıxarıldı

22:06 - 3 Fevral 2023

Manset.az problemdən yazdı - Deputat direktor işdən çıxarıldı

Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

 

Manset.az xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.

Qeyd edək ki, Turan Məmmədlinin 12 nömrəli tam orta məktəbə direktor təyin olunması xəbərini, eyni zamanda, ondan bir gün sonra baş verən qalmaqallar barədə məlumatları ilk olaraq Manset.az xəbər portalı dərc edib.

 

Manşet.az


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin