Rəşad Dağlıya göndərmə - VİDEO

13:58 - 16 Fevral 2023

Rəşad Dağlıya göndərmə - VİDEO

Ötən gün təqdim edilən “Evdə qalmış” filmində hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya göndərmə edilib.

 

Manset.az OLAY-ya istinadən xəbər verir ki, filmdə aktrisa Nigar Əhmədova meyxanaları fərqli tərzdə oxumağı ilə yadda qalıb. O, həm də sənətçinin sosial mediada trend olan “Şir həmişə şirdir” ifasını səsləndirib.

Nigar “Titanik” filminin məşhur soundtreki, Selin Dionun “My Heart Will Go On” mahnısını sözügedən meyxananın sözləri ilə oxuyub. Bu anlar zalda gülüş səsləri və alqışlarla qarşılanıb.

Qeyd edək ki, romantik-komediya janrında olan “Evdə qalmış” filmi “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanır.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin