Erməni lobbisinə xidmət edən siyasətçilərin və ölkələrin Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıldı

16:40 - 24 Fevral 2023

Erməni lobbisinə xidmət edən siyasətçilərin və ölkələrin Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıldı

Bu gün Vyanada ATƏT PA-nın qış sesiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın sülh gündəliyindən danışaraq bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq  BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazü bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini qəbul edib.

 

Manset.az xəbər verir ki, Brüssel, Praqa və Soçidə bu prinsiplər, o cümlədən Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub. Azərbaycan qısa müddətdə sülh sazişini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa, bütün kommunikasiyaları açmağa hazırdı.

Bununla yanaşı Azay Quliyev bildirib ki, erməni lobbisinin təsiri altında olan siyaçətçilər və ölkələr Azərbaycanın daxili işlərinə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarla münasibətin qurulmasına müdaxilə etməkdən çəkinməlidir. Belə qanunsuz müdaxilə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizıil komi qiymətləndirilir və qətiyyən qəbul edilməzdir.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin