Cavan Zeynallı həyat yoldaşının ölümündən sonra ilk dəfə səhnəyə çıxdı - FOTO

19:52 - 27 Mart 2023

Cavan Zeynallı həyat yoldaşının ölümündən sonra ilk dəfə səhnəyə çıxdı - FOTO

Xalq artisti Cavan Zeynallı həyat yoldaşı Röya Zeynallının vəfatından sonra ilk dəfə səhnəyə çıxıb.

 

Manset.az axşam.az-a istinadən xəbər verir ki, caz ifaçısı Xalq artisti Eyyub Yaqubovun konsertinə qatılıb. O, səhnəyə çıxaraq mahnı da səsləndirib.

Qeyd edək ki, C.Zeynallının xanımı ötən ilin dekabrında vəfat edib. Onun ölüm xəbəri isə yanvarda yayılıb. Xanımının ölümündən sonra cazmen uzun müddət efirdən uzaq qalıb. O bildirib ki, xanımının 40 mərasimindən sonra müsahibə verəcək. "Həkimlər deyirlər ki, onun haqqında danışma. Danışsan, sən özün öləcəksən. Həkimlər belə deməklə məni qorxudublar. Ağlayıram, hər gün..." deyə, C.Zeynallı açıqlamasında qeyd edib.



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin