Mina partlayışından 290 vətəndaşımız yaralanıb

20:41 - 13 Aprel 2023

Mina partlayışından 290 vətəndaşımız yaralanıb

İşğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyanatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib.

 

Manset.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin