Pakistanla hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparıblar

20:00 - 10 May 2023

Pakistanla hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparıblar

Azərbaycan və Pakistan parlamentariləri əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Manset.az xəbər verir ki, Azərbaycan Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Pakistan İslam Respublikasında səfərdədir.

Səfər çərçivəsində vitse-spiker Adil Əliyev Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Görüşdə Azərbaycanla Pakistan arasında münasibətlərin inkişafından bəhs edilib, iki dövlət arasında dostluq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin