Olena Zelenskadan Rusiya ilə bağlı AÇIQLAMA

15:36 - 26 May 2023

Olena Zelenskadan Rusiya ilə bağlı AÇIQLAMA

Ukraynanın birinci xanımı Olena Zelenska Rusiyanın hücumları nəticəsində 300 kitabxananın məhv edildiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenska bunu Polşanın paytaxtı Varşavada keçirilən Beynəlxalq Kitab Sərgisində videomüraciətlə iştirakçılara xitab edərkən zaman deyib.

“Siz Rusiyanın hərtərəfli işğalı zamanı milyonlarla insanımızı mehribanlıqla qarşıladınız və qonaq etdiniz və bu gün kitablarımızı hərarətlə qarşıladınız. Bu da bizim üçün çox önəmlidir. Təcavüzkar artıq 300 kitabxananı dağıdıb, onlarla nəşriyyatımızın işini pozub. Necə ki, xalqımız yaşamaq hüququ uğrunda mübarizə aparır, kitablarımız da. Bu gün yarmarkada Ukraynadan baş verənlərə baxmayaraq öz işini davam etdirən 45 nəşriyyatı görəcəksiniz”.

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin