Rusiyanın müharibədə qalib gəlməsi mümkün deyil - ABŞ Baş Qərargah rəisi açıqladı

16:13 - 26 May 2023

Rusiyanın müharibədə qalib gəlməsi mümkün deyil  - ABŞ Baş Qərargah rəisi açıqladı

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milley, “Bu müharibəni Rusiya hərbi yolla qazana bilməz” – deyib.

Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Ukraynada müharibənin onilliklərlə davam edə biləcəyini bəyan edib.

Medvedev Ukrayna administrasiyasını nasistlikdə ittiham edərək, “Belə bir administrasiya hakimiyyətdə olduğu müddətdə, məsələn, üç illik atəşkəs, iki il münaqişə olacaq. Hər şey təkrarlanacaq”.

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin