Bakıda gənc oğlanı maşın vurdu

15:52 - 9 İyul 2023

Bakıda gənc oğlanı maşın vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, qəza Binə qəsəbəsində, magistral şossedə qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Mahmudlu Bəşir Sarvan oğlu şossedə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin