Bakıda 8 552 cinayət hadisəsi qeydə alındı

18:14 - 15 İyul 2023

Bakıda 8 552 cinayət hadisəsi qeydə alındı

Bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 552 cinayət hadisəsi qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onların 88,5 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin