Çin vətəndaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

18:14 - 18 İyul 2023

Çin vətəndaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

İyulun 18-i Çin Xalq Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liangın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Manset.az-a Nizami rayon prokurorluğundan bildirilib. 

Araşdırma zamanı Çin Xalq Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. ///BAKU.WS


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin