Azərbaycanda 31 yaşlı qadın intihar etdi

18:40 - 18 İyul 2023

Azərbaycanda 31 yaşlı qadın intihar etdi

Sabirabadda 31 yaşlı qadın intihar edib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Həsənova Samirə Nəsrulla qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntihar hadisəsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin