Daha 2 küçədə sürət həddi endirilir - FOTOLAR

13:47 - 20 İyul 2023

Daha 2 küçədə sürət həddi endirilir - FOTOLAR

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində daha bir neçə yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilir ki, buna uyğun olaraq Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir. 20 iyul tarixindən hər iki yol sahəsində müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb.

Açıqlamada qeyd olunur ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Prezidentin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.

 



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin