Sabah hava necə olacaq?

14:07 - 20 İyul 2023

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraitinin yağmursuz olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin