Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
15:41 - 20 İyul 2023
Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.
Manset.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) rüblük hesabatında bildirilib.
Qeyd olunub ki, ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 10-u yetkinlik yaşına çatmayan, 2-si 18-25 yaş aralığından, 3-ü 26-40 yaş aralığından, 4-ü isə 41-65 yaş aralığındandır.
Ümumilikdə, aprel-iyun ayları ərzində Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 12-si qadın, 7-si isə kişi olub.
Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib.
Cari ilin birinci yarısında Gürcüstandan ən çox deportasiya edilənlər Azərbaycan vətəndaşları olublar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin